XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 18:19

Prezident İlham Əliyev Kraliça II Elizabeti ad günü münasibəti ilə təbrik etdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.