XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 19:15

Bu il “Son zəng” iyunun14-də keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbiri haqqında əmrinə əsasən, bu il “Son zəng” iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində keçiriləcək.

Nazirlikdən Azərtac-a bildiriblər ki, əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əksini tapıb.