XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2017 - 00:37

Həsən Ruhani terror qurbanlarının dəfn mərasimində iştirak edib –FOTO

İyunun 7-də İranın parlamentində və İmam Xomeyninin mavzoleyində törədilən terror aktları nəticəsində həlak olanların dəfn mərasimi keçirilib.

Mərasimdə həlak olanların yaxınları və ailə üzvləri ilə yanaşı, İran Prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani də iştirak ediblər.

Həlak olanları son mənzilə yola salmaq üçün Tehranın mərkəzi küçələrinə toplaşan minlərlə şəhər sakini terroru lənətləyib.

Terror qurbanları Tehranın “Beheşti Zəhra” qəbiristanlığında dəfn ediliblər/Azertac.