XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 09:52

Bloomberg:"Tramp Putinlə görüşməyi planlaşdırır"

ABŞ prezidenti Donald Tramp yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyinə ABŞ administrasiyasındakı mənbə bildirib.

Məlumata əsasən, Tramp Putinlə Avropaya səfəri zamanı görüşmək niyyətindədir. İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Mayın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşməyi planlaşdırırlar. (APA)