Türkiyə polisi narkotiklər əleyhinə əməliyyat zamanı “İslam Dövləti” qruplaşmasına məxsus 1,8 ton sintetik narkotik yükünü aşkarlayaraq müsadirə edib.
Araşdırmalar həmin narkotik vasitələrin Suriyada istehsal olunduğunu üzə çıxarıb.
Məlum olub ki, bu növ narkotik maddə insanda hətta ən təhlükəli məqamlarda da qorxu hissini tamamilə öldürür. Araşdırmalar göstərib ki, İŞİD yaraqlıları hər hansı hədəfə hücuma keçməzdən qabaq həmin narkotik maddədən istifadə edirmiş.
Bu narkotik maddə İŞİD-in nəzarətindəki ərazilərdə gizli yolla hazırlanır (Virtualaz.org)/