XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 15:28

Sumqayıtda 60-dan çox uşaq mədə-bağırsaq pozuntusu diaqnozu iləxəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərinin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 61 uşaq mədə-bağırsaq pozuntusu diaqnozu ilə şəhər uşaq xəstəxanasına yerləşdirilib.

Azərtac xəbər verir ki, uşaqlar əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya gətiriliblər. Artıq onların bir qismi ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib.

Hazırda aidiyyəti qurumların nümayəndələri xəstəxanadadırlar.