Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar yekun rəyi müzakirə edəcəyi vaxtı açıqlayıb.
Strateq.az bildirir ki, bu barədə qurumdan verilən açıqlamada bildirilib.
“2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası 2015-ci il noyabrın 24-də saat 09:30-da Konstitusiya Məhkəməsinin binasında keçiriləcək”.