XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 17:51

Güclü dolu qərb bölgəsində kənd təsərrüfatınaciddi ziyan vurub

Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax şəhəri və ətraf kəndlər – Xanlıqlar, Çaylı, Ühməzli və Daş Salahlı kəndlərinə güclü dolu yağıb. Kənd təsərrüfatına və meyvə ağaclarına ziyan vuran dolu daha sonra leysan yağışa çevrilib. 

Güclü dolu Ağstafa rayonun Eynallı və Köçəsgər kəndlərində də fərdi təsərrüfatlara, meyvə ağaclarına, bağçılığa və əkin sahələrinə ciddi ziyan vurub. 
Hazırda hər iki rayona dəyən ziyanla bağlı hesablamalara başlanılıb.