XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 18:34

Cocuq Mərcanlıda 859 ədədqəlpə tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 859 ədəd qəlpə aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, 24 864 kv.m (2.49 ha) ərazi tam təmizlənib, 9 800 kv.m (0.98 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

107 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. 118 471 ədəd qəlpə, 72 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 508 078 kv.m (250.81 ha) ərazi tam təmizlənib, 1 384 940 kv.m (138.49 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 3 893 018 kv.m ( 389.30 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.