XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

11 İyun 2017 - 11:05

Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponatoğurlanıb

 Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.

Bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.

Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.

DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb. (Report)