XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2017 - 11:32

Tehranda terror aktları ilə əlaqədar6 nəfər saxlanılıb

İran hakimiyyəti Tehranda terror aktlarının törədilməsi ilə əlaqədar daha 6 nəfərin saxlanıldığını açıqlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan öncə “Tasnim” agentliyi İran kəşfiyyatının Tehranda terror aktlarını planlaşdırmış şəxsi öldürdüyü barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun 7-də 4 nəfər qadın paltarında İran parlamentinə, 1 nəfər isə Xomeyni mavzoleyinə hücum edib. 5 terrorçu məhv edilib, mavzoley yaxınlığında 2 terrorçu yaxalanıb. Terror aktları nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.  (APA)