XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

11 İyun 2017 - 11:44

“Airbus” Britaniyanı “Brexit”dən sonra ölkədən gedəcəyi iləhədələyib

"Airbus" təyyarəqayırma şirkəti Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı tələbləri təmin edilməyəcəyi təqdirdə Londonu istehsalat obyektlərini krallıqdan başqa ölkəyə köçürəcəyi ilə hədələyib.

Konsernin prezidenti və baş direktoru Fabris Brejye güman edir ki, "Brexit" sövdələşməsinin şərtləri ona məxsus fabrik əməkdaşlarına Britaniya ərazisinə maneəsiz daxil olmaq imkanı verəcək.

"Biz Böyük Britaniyada qalmaq, fəaliyyət göstərmək istəyirik, lakin yalnız şərtlərimiz nəzərə alınacağı təqdirdə", – deyə Brejye bildirib.

Hüquqi olaraq Fransaya məxsus olan, lakin özünü "Avropa" konserni kimi təqdim edən şirkətin baş qərargahı Tuluzada yerləşir.

"Airbus"un Filton və Broton şəhərlərində istehsalı dayandırması 10 mindən çox insanı işsiz qoya bilər. (Report)