XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyun 2017 - 12:46

İran Qətərə ərzaqla dolu beş təyyarəgöndərib

İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib.

Bu barədə "Iran Air" aviaşirkətinin nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.

"Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq", – deyə şirkət nümayəndəsi Şahroş Nouşabadi bildirib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviyanın şərq hissəsi, Yəmən, həmçinin Maldiv adaları Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib. (Report)