XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 İyun 2017 - 17:00

İordaniya sərhədçiləri Suriyadan qaçan 5 terrorçunugüllələyib

 Bazar günü bir qrup terrorçu Suriya ilə sərhəddə yerləşən Ət-Tanf sərhəd-buraxılış məntəqəsindən İordaniyaya keçməyə cəhd göstərib.

Nəticədə 5 nəfər sərhədçilər tərəfindən güllələnib, daha iki terrorçu isə əsir götürülüb.

Ət-Tanf bölgəsində Suriya ordusu tərəfindən təqib olunan İŞİD terrorçuları fəaliyyət göstərir.

İordaniya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, son üç gündə onlar bir neçə dəfə sərhədə yaxınlaşsalar da, İordaniya sərhədçilərinin atəş açması nəticəsində krallıq ərazisinə keçə bilməyiblər. (Report)