XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 İyun 2017 - 20:18

Rusiyanın energetika naziri:“Natiq Əliyev əsl peşəkar idi”

Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

N. Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

A. Novak bildirib ki, dostu N. Əliyevin vaxtsız vəfatına dərindən təəssüflənir: “Mən onu öz peşəsini dərindən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev neft-qaz və energetika sahələrində bütün məsələlərə peşəkarlıqla yanaşırdı. Natiq Əliyev  Azərbaycanda energetikanın, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Biz MDB-nin Elektroenerji Şurasında birgə çalışmışıq. Mənim onunla çox yaxşı münasibətlərim olub. Əlbəttə, böyük dostun itirilməsi hər birimiz üçün faciəli hadisədir”.