XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

12 İyun 2017 - 01:11

Türkiyə Kosovanı darmadağın etdi, Xorvatiya uduzdu… –2018 Dünya Çempionatı

2018 Dünya Çempionatının seçmə mərhələsində bu gün Türkiyə milli komandası səfərdə Kosova milli komandasını darmadağın edib.

Strateq.az xəbər verir ki, Türkiyə yığması I qrubundakı 6-cı qarşılaşmasında Kosova millisini 4-1 məğlub edib.

Oyunda qolları 6-cı dəqiqədə Volkan Şən, 31-ci dəqiqədə Cengiz Ünder, 61-ci dəqiqədə Burak Yılmaz 82-ci dəqiqədə isə Ozan Tufan vurublar. Kosovanın oyundakı yeganə qolunu 22-ci dəqiqədə Rahmani baş zərbəsi ilə Volkan Babacanın qoruduğu qapıdan keçirib.

Bu qələbə sayəsində Türkiyə yığması xalını 11-ə çatdırıb. Kosova isə Finlandiya ilə birlikdə 1 xalla qrupda sonuncu yerləri bölüşürlər. 

Qrupda oynanan digər matçlarda isə Ukrayna Finlandiyanı 2-1, İslandiya Xorvatiyanı 1-0 udub. 

Bununla da İslandiya və Xorvatiya 13 xalla qrupda 1-ci və 2-ci yeri bölüşürlər. Ukrayna da Türkiyə ilə birgə 11 xalla 3-cü və 4-cü pillələrdə qərarlaşıblar.

Strateq.az