XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 10:45

Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi təlimləri başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlər iyunun 16-dək davam edəcəkdir.