XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 11:17

Bakıda iki İŞİD üzvünün məhkəməsi başlanıb –Suriyaya onları kim göndərib?

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Afiq Qəhrəmanovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, A. Qəhrəmanov 4 il əvvəl Suriyaya gedib və İŞİD-ə qoşulub. Daha sonra Azərbaycana qayıtmaq istəyib, lakin onu buraxmayıblar. A. Qəhrəmanov ailəsini gətirmək adı ilə onları aldadıb və Azərbaycana qayıdıb. Bir müddət sonra isə həbs edilib. Vəkil A. Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.  Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin baxış iclası iyunun 19-a təyin olunub.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər. Hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüb. Onlar Azərbaycana qayıdarkən həbs ediliblər.