XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 18:42

Kuba səfiri gecə Bakıda yol qəzasına düşüb

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.

 Hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi "Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil "Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

 Faktla bağlı araşdırma aparılır. (Lent.az)