XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 20:18

Daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib –Qaliblərin adlları

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.

Yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə edilən uğurların da əsasında məhz idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu bildirib.

Sonra yarışlara start verilib. Polis idmançıları yüksək fiziki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər.

Şəxsi birincilik yarışlarında DİN Daxili Qoşunlar Baş İdarəsinin hərbi qulluqçularından Şahin Göyüşov (65 kiloqram), Alim Məmmədov (70 kiloqram), Müşfiq Hüseynov (90 kiloqram), Əlahiddə Çevik Polis Alayının təmsilçilərindən Elçin Vəliyev (75 kiloqram), Qurban Qaflanov (90 kiloqramdan yuxarı), Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından Tural Bayramov (80 kiloqram) və Fərid Mayılov (85 kiloqram) qalib gəliblər.

Komanda birinciliyində Daxili Qoşunların hərbi qulluqçuları turnirin qalibi olub. Əlahiddə Çevik Polis Alayının komandası 2-ci, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri 3-cü yeri tutublar. Bu yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib.

Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirib ki, idmançı əməkdaşların əksəriyyətinin göstərdiyi çeviklik, bacarıq, texniki imkanlar ürəkaçandır. Xüsusilə Polis Akademiyasının, Sumqayıt Şəhər Polis İdarəsinin təmsilçilərinin əksəriyyəti yüksək hazırlıq nümayiş etdirib.

Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.