XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 04:58

Qiyamçı husilər danışıqlara hazırdır

Mənsur Hadi: “Qiyamçılar tərki-silah edilib təslim olmalıdır”

Картинки по запросу война в йемене 2015

Yəməndəki qiyamçı husilər Səudiyyənin başçılığı ilə ərəb koalisiyasının aviazərbələri dayandırmasından dərhal sonra danışıqlar masasının arxasına oturmağa hazırdır.

Strateq.az xarici mətbuata isnadən bildirir ki, “Ənsar Allah” husi hərəkatı siyasi bürosunun rəhbəri Salih əs-Səmməd deyib: “Bizim təcavüzün dayandırılması və danışıqlar prosesinin başlanmasından başqa bir şərtimiz yoxdur”.

O, təklif edib ki, danışıq prosesi televiziya ilə translyasiya edilsin ki, Yəmən xalqı münaqişənin həllinə kimin mane olduğunu bilsin.

əs-Səmməd qeyd edib ki, husilər prezident Mənsur Hadinin ölkəyə qayıtmasına qarşıdırlar.

Hazırda Səudiyyə krallığı ərazisində olan Yəmən prezidentinin köməkçisi Əhməd Avad ben Mübarək RİA Novosti-yə bildirib ki, qiyamçılar tərki-silah edilib təslim olmayınca onlarla danışıqlara getməyəcək.