Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. O, ürək çatışmamazlığından vəfat edib.
Bağbanın vəfat etdiyi bağ keçmiş millət vəkili Ərəstun Cavadova məxsus olub.