XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2017 - 13:12

Meksika səfiri Naftalana gedib –FOTO

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini əməkdaşlıq imkanlarını tanımaq və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Naftalan şəhərində səfərdə olub.

Səfirlikdən Strateq.az saytına bildiriblər ki, səfər çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüşdə Naftalanın xüsusiyyətlərindən məlumat verərək, onun tibbi turizm sahəsindəki böyük potensialına toxunulub, şəhərin sanatoriyalarının çoxsaylı xarici turistləri cəlb etdiyi qeyd edilib.

Səfir Labardini ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanlarından danışıb. Dünyanın ən çox ziyarət olunan 9 ölkədən biri olan Meksikadakı turizmin daimi artımından danışaraq, romantik turizm, ekoloji turizm, lüks-turizm, tibbi turizm və s. imkanlarına görə dünyada məşhur olan Meksikanın şəhər və regionaların adını vurğulayıb. Bu baxımdan, təfərlər adıçəkilən sektorun inkişafına töhfə verəcək təcrübə mübadiləsinin reallaşmasını məqsədyönlü sayılıb.

Laçın

Strateq.az