Ağır yaralanmış avtobus sürücüsü xəstəxanaya çatdırılıb
Türkiyənin şimali-qərbində naməlum şəxslər “Fənərbaxça” futbol komandasının oyunçularını aparan avtobusu gülləboran ediblər.
Strateq.az “Sabah” qəzetinə əsasən bildirir ki, hadisə şənbə günü Rizə əyalətində baş verib. İstanbul klubu Trabzon aeroportuna gedirmiş. Buna qədər komanda yerli “Rizəspor”u 5:1 hesabı ilə məğlub edib.
Gülləboran zamanı ağır yaralanmış avtobus sürücüsü xəstəxanaya çatdırılıb. Futbolçulardan ziyan çəkən olmayıb.
Türkiyənin ən qədim klublarından olan “Fənərbaxça” 1899-cu ildə yaradılıb.