XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 16:04

Bağ evində meyit aşkarlanan sabiq deputatın səhhəti pisləşib? –İddia

Bağ evində meyit aşkarlanan Milli Məclisin sabiq deputatı Ərəstun Cavadovun səhhəti qəfil pisləşib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Ərəstun Cavadov rayonda olarkən, ona məxsus olan Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib. Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. İlkin ekspertiza zamanı məlum olub ki, eks-deputatın işçisi olmuş Sədi Qəhrəmanov ürək çatışmamazlığından vəfat edib. 

Bağbanın vəfat etdiyi xəbərini alan keçmiş millət vəkili Ərəstun Cavadovun səhhəti qəfil pisləşib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. 

Səhhəti ilə əlaqədar Ərəstun Cavadov işə də çıxmayıb. 

Qeyd edək ki, Ərəstun Cavadov həm də Mərkəzi Univermağın (MUM) sahibidir.