Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan gömrük sədrlərini qəbul edib.
Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın gömrük xidməti rəhbərləri ilə yanaşı, MDB İcraiyyə Komitəsinin sədri də iştirak edib.