XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

13 İyun 2017 - 19:14

BMT-nin eksperti Ombudsman Aparatında olub –Müzakirə + FOTO

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizdə səfərdə olan BMT-nin gender məsələləri üzrə eksperti Linda Virt ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən Strateq.az-a verilən məllumata görə, Ombudsman gender bərabərliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu qeyd edib, təsisatın qadın hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib.

E.Süleymanova qadına qarşı zorakılıq probleminin həllinin, qadın hüquqlarının daha səmərəli müdafiəsi üçün yeni kompleks şəkildə yanaşmanın, hər bir ölkənin xüsusiyyətlərinin nəzərə alınmasının, qadın sahibkarlığının təşviqinin, ixtisaslaşmış qeyri-hökumət təşkilatların sayının artmasının, dövlət qurumları, yerli və beynəlxalq QHT-lər ilə birgə şəbəkə şəklində fəaliyyətin, eyni zamanda, insan hüquqları, xüsusilə qadın və uşaq hüquqları və gender bərabərliyi mövzusunda əhalinin kütləvi inkluzivliyinin təmin edilməsi ilə regionlarda geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd edib.

Ekspert Linda Virt qeyd edib ki, gender məsələsi BMT üçün çox önəmlidir.