XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 22:18

Çernobıl yenidən dünyanı qorxuya saldı –Enerji blokunda tüstülənmə meydana gəlib

Ukraynanın Çernobıl vilayətindəki atom elektrik stansiyasının üçüncü enerji blokunda tüstülənmə meydana gəlib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nüvə Nizamlanması üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, yerli saatla 15:57-də üçüncü blokda tüstülənmənin olması barədə komitəyə məlumat daxil olub. Operativ tədbirlər nəticəsində 3 dəqiqə sonra 16:00-da təhlükə aradan qaldırılıb.

Qeyd edək ki, 26 aprel 1986-cı ildə Çernobıl AES-də güclü nüvə partlayışı baş verib. AES-in 4-cü enerji blokunun partlaması nəticəsində 7 minə yaxın insan həlak olub, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 faizində əlillik yaranır.