XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 00:02

AMEA Naxçıvan Bölməsində dilçi alim Ahmed Bican Ercilasunla görüş olub –Tədbir + FOTO

AMEA Naxçıvan Bölməsində Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunla görüş keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Ahmed Bican Ercilasunun türk dünyasının tanınmış dilçi alimlərdən biri olduğunu söyləyib.

Qeyd edib ki, alim uzun illər ərzində türk dili və ədəbiyyatına işıq tutan dəyərli elmi əsərlər ortaya qoyub.

Türkiyəli professor isə “Oğuznamə”nin tarixi ilə bağlı aparılan araşdırmalardan danışıb. O, “Kitabi-Dədə Qorqud” dastanındakı boyların “Oğuznamə”nin bir parçası olduğunu söyləyib.

Sonra professor bölmə əməkdaşlarının suallarını cavablandırıb.

Akademik İsmayıl Hacıyev tədbir çərçivəsində III cilddə “Naxçıvan Tarixi”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası” və bölmə haqqında kitabları türkiyəli qonağa hədiyyə verib.

A. B. Ercilasun isə “Türk Kağanlığı və Türk Bengü Taşlar” kitabını müəssisənin rəhbərinə təqdim edib.