XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 18:00

“Şarl de Qoll” da İŞİD-ə bomba yağdırdı

Fransanın təyyarə gəmisi “Şarl de Qoll” Suriyadakı İŞİD qüvvələrinə qarşı ilk hərbi əməliyyatlara başlayıb.

Strateq.az xəbər verir ki, Fransanın bu əməliyyatı İŞİD-in 13 noyabr tarixində Parisdə törətdiyi partlayışlara cavab xarakteri daşıyır. Terror aktından sonra fransız hərbi dairələri Suriyadakı İŞİD mövqelərinə hücumlarını 4 dəfə artırmaq üçün “Şarl de Qoll” gəmisini Aralıq dənizinə göndərməyə qərar vermişdi.

Qeyd edək ki, bu gəmi 18 “Rafale” tipli döyüş, 8 “Super Etendard” tipli təkpilotlu hücum, 2 erkən məlumatlandırma təyyarələri ilə bərabər, əsgər və pilotlardan ibarət 2 minə yaxın hərbi heyət daşıyır.

Fransa mətbuatının yazdığına görə, “Şarl de Qoll”un Suriya və İraq əməliyyatları 4 həftə davam edəcək və lazım gəlsə, bu müddət uzadılacaq.

Fransanın İŞİD-ə qarşı hərbi əməliyyatlarını artırması ilə Rusiyanın Xəzər dənizindən yenidən raket atışlarına başlamasının eyni zamana düşməsi təsadüfi deyil. Paris partlayışlarından sonra iki ölkə bu barədə razılığa gəlmiş və birgə əməliyyat keçirməyə qərar vermişlər. Putinin bu gün İranda İŞİD-i yox edənə qədər davamlı Xəzərdən vuracaqlarını bəyan etməsinı “xilafət”ə qarşı müharibə elanı kimi də qiymətləndirmək olar.

Heydər

Strateq.az