XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 19:58

MSK-da iclas – Şikayətlərə baxılıb, protokollar təsdiqlənib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK-dan Strateq.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 14 noyabr və 16 noyabr 2015-ci il tarixli iclaslarının protokolları təsdiq edilib.

Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb və aparılan müzakirələrdən sonra müraciətlərə dair müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.