“Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat olub.
Azərtac kluba istinadla xəbər verir ki, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək.
Qırx doqquz yaşlı məşqçi 1994-1996-cı, 1998-1999-cu illərdə “Neftçi”də çıxış edib.
R.Salamov bu müddət ərzində ölkə çempionatının (1996-cı il), kubokunun (1995-ci, 1996-cı) və Superkubokunun (1995-ci) qalibi olub.