XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 18:41

Avropa İttifaqının komissarıBakıya gəlir

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) Komissarı Cohannes Hannın 16 iyunda Azərbaycana səfər edəcək.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Aİ Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin nazir Elmar Məmmədyarovla Bakıda görüşündə bildirilib.

Görüşdə tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə ediblər və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğu qeyd olunub.

Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsi bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olunub.

Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri barəsində fikir mübadiləsi aparılıb. Bu günlərdə keçirilmiş Azərbaycan-Avropa İttifaqı Biznes Forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının Komissarı Cohannes Hannın 16 iyun tarixində Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma (connectivity) və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik ifadə olunub.

Həmçinin görüş əsnasında tərəflər regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.