Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında radarlardan itən təyyarənin qalıqları havaya qalxdığı hərbi bazadan 51 km. aralıda aşkarlanıb.
Xatırladaq ki, Malayziya Kral Hava Qüvvələrinin təyyarəsi bu gün səhər radarlardan itib.
Yerli telekanalların verdiyi xəbərə əsasən təyyarə Kuantan şəhər aviabazasından səhər saatlarında havaya qalxıb. Havaya qalxdıqdan yarım saat sonra isə Paxanq və Terenqqanu ştatları sərhədində təyyarə ilə əlaqə kəsilib.