XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2017 - 17:05

Zaqatalada 55 yaşlı kişini ildırım vurdu –Oğlu meyiti otlaq sahəsindən tapdı

Zaqatalada 55 yaşlı kişi ildırımvurma nəticəsində ölüb.

Hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib. 

Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.

Araşdırma zamanı məlum olub ki, İ. Bayramov ildırım vurub.