XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 İyun 2017 - 17:30

Güclü külək Gəncədə evlərə ziyan vurub –FOTO

Gəncə şəhərində səhər saatlarında qısa müddətdə əsən güclü külək ziyansız ötüşməyib.

Strateq.az ARB TV-yə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Şah İsmayıl Xətai propektində beşmərtəbəli binanın damı uçub.

Küləyin gücündən qopan dam örtüyü ətrafdakı tikililərə və ağaclara, kommunal təsərrüfata zərər vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın ətrafında bir neçə avtomobilə ziyan dəyib.

Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirirlər, dəyən zərər araşdırılır və küləyin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.