XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

16 İyun 2017 - 10:01

Kolumbiyanın xarici işlər naziri Azərbaycana gəlib

Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olgin 16-19 iyun tarixlərində Azərbaycanda işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər əsnasında nazir M.A.Olginin bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Həmçinin, səfər çərçivəsində nazir M.A.Olgin regionlara səfər edəcək.