XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2017 - 12:28

Bakıda şimşək çaxacaq, intensiv yağış yağacaq –XƏBƏRDARLIQ

İyunun 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz.

Mülayim şimal-qərb küləyi  arabir güclənəcək, 

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan  762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz  26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.