Tərəflər bir-birini ittiham edir
Donetsk rəsmiləri bildiriblər ki, dünən axşam şəhərdə hərbi əməliyyatlar təzələnib.
Strateq.az Rosbalt-ru-ya isnadən bildirir ki, dünən axşam saat 22.00-dan sonra şəhərin quzey hissəsində ağır artilleriya atəşləri eşidilib. Bu gün səhərdən isə sakitlikdir.
Ukrayna hərbçiləri isə bu gün səhər qeyd ediblər ki, ötən gecə ərzində onların mövqeləri Donetsk tərəfdən 14 dəfə atəşə tutulub .