XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 16:36

Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edəcək

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

 Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.