Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb.
RİA "Novosti"nin verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
Mikroavtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
Qəzanın baş vermə şəraiti araşdırılır.