XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

16 İyun 2017 - 20:28

Sumqayıtda yataqxanada yanğın:25 nəfər təxliyyə edildi

 Sumqayıtda yataqxana binası yanıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Sumqayıtda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı 3 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.