Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı yayıb.
Strateq.az AFFA-ya istinadən xəbər verir ki, başsağlığında deyilir:
"AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!".
Xatırladaq ki, Fuad Musayev 1992 – 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, dünən Estoniyadan Azərbayaca dönərkən yolüstü dayandığı Moskvada vəfat edib.