XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 İyun 2017 - 12:39

Nazirlik:"Ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunan hava şəraitini açıqlayıb.

Departamentdən bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi hava qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib.