İran və Çinin Hərbi Dəniz Qüvvələri birgə təlim keçəcək.
Təlim sabah Oman dənizində Hörmüz boğazında təşkil olunacaq. Birgə hərbi təlim Hörmüz boğazının şərqindən Hind okeanının şimalınadək olan ərazini əhatə edəcək.
Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər iki gün öncə İranın Bəndər Abbas limanına gətirilib.
Təlimin keçirilməsində məqsəd iki ölkənin Hərbi Dəniz Qüvvələrinin təcrübələrini paylaşmaqdır. (APA)