XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 15:45

Sənayedə işləyənlərin orta aylıq əmək haqqı1000 manata yaxınlaşır

Bu ilin yanvar-aprel aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 192 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, onların 33,7 min nəfəri mədənçıxarma, 99,9 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Bu ilin yanvar-aprel aylarında sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 987,3 manata çatıb.

Əmək haqqı mədənçıxarma sənayesində 11,7%, emal sənayesində 6,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 0,9% azalıb. (APA)