XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 İyun 2017 - 17:18

Dünya çempionatında Azərbaycan komandasınınilk rəqibi məlum olub

Xantı-Mansiyskdə kişilər və qadınlar arasında şahmat üzrə dünya komanda çempionatlarının püşkatma mərasimi keçirilib.

Azərtac xəbər verir ki, çempionatların hər birində10 komanda iştirak edəcək. Bu çempionatlara yalnız hazırda dünya çempionu olan komandalar – sonuncu Olimpiadada 1-3-cü yerləri tutan komandalar; dörd qitə çempionları olan komandalar; təşkilatçı ölkənin komandaları: FIDE prezidentinin nominantı olan komandalar qatılırlar.

Azərbaycan qadınlardan ibarət komandaların çempionatında təmsil olunub. Ölkəmiz uğrunda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayeva mübarizə aparacaqlar. Komandamızın rəqibləri Rusiya, Çin, Gürcüstan, Hindistan, Polşa, Ukrayna, ABŞ, Vyetnam və Misir komandalarıdır.

Azərbaycan komandası birinci turda Polşa yığması ilə qarşılaşacaq. Püşkatmanın nəticələrinə görə, ABŞ-Ukrayna, Hindistan-Gürcüstan, Misir-Vyetnam və Rusiya-Çin görüşləri keçiriləcək.

Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.

Sonuncu tur iyunun 26-da keçiriləcək.