XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 08:59

Sabah hava necə olacaq? – Nazirlik proqnozu açıqladı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz  olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.