XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2017 - 16:03

“G20”-nin təhlükəsizliyinin təmini Almaniyaya 32 milyon avroyabaşa gələcək

Almaniya 7-8 iyun tarixlərində Hamburq şəhərində keçiriləcək “G20” sammitində təhlükəsizliyin təmin edilməsi üçün 32 milyon avro ayırıb.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Bu vəsaitin 20,8 milyon avrosu polisə ayrılıb. Bura güc strukturlarının əməkdaşlarının nəqliyyat və yerləşdirmə xərcləri də daxildir. 6 milyon avro əlavə olaraq Cinayət İşləri üzrə Federal İdarəyə, 1,6 milyon avro texniki xidmətlər üçün ayrılıb.

Sammitin keçirilməsi üçün Almaniya Xarici İşlər Nazirliyinə isə 49 milyon avro ayrılıb. Sammitlə bağlı yekun xərclər tədbir başa çatdıqdan sonra açıqlanacaq. (APA)