XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 İyun 2017 - 18:04

II İliya xalqı Gürcüstanda konstitusiyalımonarxiya qurmağa çağırıb

Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.

II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.

Katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib: “Bizi çar idarə edib.  Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər. Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq”.  (APA)